İstifadə Şərtləri

Şikayətim.az platformasını istifadə etməklə aşağıdakı şərtləri qəbul etmiş olursunuz.

1. Ümumi qaydalar

Platformada yalnız real yaşanmış hadisələr barədə şikayət yaza bilərsiniz. Saxta şikayətlər silinir və hesabınız bloklana bilər.

2. Moderasiya

Bütün şikayətlər yayımlanmazdan əvvəl moderator tərəfindən yoxlanılır. Uyğun olmayan məzmun rədd edilir.

3. Marka öhdəlikləri

Markalar şikayətlərə 24 saat ərzində cavab verməlidirlər. Cavab verməyən markaların Trust Score-u azalır.

4. Məsuliyyət

Platforma istifadəçilərin yazdığı məzmunun düzgünlüyünə görə məsuliyyət daşımır.